Ofis Ziyarəti “İcon Pərdə Dizayn” – 25.02.2022

Bu gün partnyorlarımızla “İcon Pərdə Dizayn” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.Daha sonra “İcon Pərdə Dizayn” şirkətinin rəhbəri Nübar xanım fəaliyyətləri və məhsulları haqqında ətraflı məlumat verdi. Belə ki, Nübar xanım hər növ pərdə,  karniz, jalüz, stor, parçaya aid bütün məhsulların topdan satışını həyata keçirdiklərini və məhsulların Türkiyənin məşhur brendlərinə aid olduğunu qeyd etdi. Bununla yanaşı müştərilərin zövqlərinə uyğun İtalya və Dubayın firmalarından da istənilən məhsulların gətirildiyini qeyd etdi.

 Sonda isə partnyorlarımız şourumu gəzərək pərdə çeşidləriylə yaxından tanış oldular. 

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Zarif İnteriors
MYZiron
Good Finance
Voice
AmbianceMed
Formag Logistika
SM Fresh Oil
İcon Pərdə