Business Breakfast “MARSOL Business Club” – 25.02.2022

Bu gün ölkənin öndə gələn şirkətlərinin ortaq tərəfdaşlıq partnyoru MARSOL-un ənənəvi tədbirlərindən olan “Business Breakfast və B2B” görüşü gerçəkləşdi. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.

Onu da qeyd edək ki, mütəmadi olaraq görüşlərimizdə “Sahibkarlığın İnkişafı Fondu”nun nümayəndələri iştirak edir və partnyorları maarifləndirərək onları maraqlandıran sualları cavablandırırlar. Bu dəfə də “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım görüşdə iştirak edərək, fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı.

“Business Breakfast və B2B” görüşündə Avropanın avtomatika sektorunda lider markaların Azərbaycandakı distribütoru, partnyorumuz “Eurodoor” şirkətinin təqdimatı reallaşıb və şirkətin rəhbəri Telman bəy fəaliyyətlərini əks etdirən video görüntüləri təqdim edib.

Bununla yanaşı, görüşdə vergi, mühasibat və audit xidmətlərini göstərən “DIFA Consulting ” şirkətinin rəhbəri Xəyal bəy “Vergi məcəlləsindəki dəyişikliklər” mövzusunda partnyorlarımızı maraqlandıran suallara aydınlıq gətirib.

Sonda isə 2022 – ci ildə reallaşacaq “Partners & Business” sərgisi haqqında ətraflı məlumat verilib və sərgi planı partnyorlarımıza təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Agro Kimya
Caspian Clima
Eurodoor
Baykon İnşaat
Tekaz
SİF
AzFinance ( AFİ )
Difa Consulting
Express Servis Logistika
Sky Supply