Ofis Ziyarəti “Halal-P” – 26.08.2021

Bu gün partnyorlarla birgə mətbəə, korporativ, bank, informasiya texnologiyaları sahələrində avadanlıq və həlləri təqdim edən “Halal-P” şirkətinin ofisini ziyarət etdik.

Əvvəl partnyorlar bir-birlərilə tanış oldu, daha sonra “Halal-P” şirkətinin nümayəndəsi Tural bəy fəaliyyətləri və xidmətləri haqqında ətraflı məlumat verdi. Bununla yanaşı informasiya texnologiyalarıyla bağlı bir sıra mövzulara toxunuldu və bu sahədəki yeniliklərdən danışıldı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Fire Universal Group
Sarp Systems
Tayqatech
İnnes MMC
ADRA
Atmosphere Lounge
New Baku Hotel
Marsol MMC
Halal-P