Business Breakfast “Kolorit Kafe ” – 26.08.2021

Marsol tərəfdaşları arasında növbəti “Business Breakfast” görüş Kolorit Kafe-də baş tutub. Görüşdə ənənəvi qaydada tanışlıqlar oldu. “Tuna” şirkətinin rəhbəri Rəşid bəy fəaliyyətləri və xidmətləri haqqında ətraflı məlumat verərək təqdimat etdi.

Daha sonra, Marsol partnyoru olan “Shams Group” şrkətinin rəhbəri Nəsimi bəy “İşgüzar əlaqələrdə tərcümə, təsdiq, leqallaşdırma və apostil xidmətlərinin rolu” mövzularında məlumat verdi. Görüş tədbir iştirakçılarının sual və müzakirələri ilə davam etdi. Bununla yanaşı 44 günlük Vətən müharibəsi, XTQ qazimiz Əkbər Məhərrəmov da qonağımız oldu. Onu da qeyd edək ki, qazimiz göstərdiyi şücaətə görə “Qarabağ” ordenilə təltif edilib.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər :

Marsol
Tuna
Şəms Tərcümə
Emlak.az
Global İnnovation
Azestetik Group
Greenwood
Best Tech
Köynəkçi
Sika
Garanti Group
Zarif Emin İnteriors
Voice Agency
İcon Pərdə
Abşeron Logistika Mərkəzi
Qayo
Moboil