Ofis Ziyarəti “Gədəbəy Mineral Suları” – 22.12.2023

“Ofis Ziyarəti” çərçivəsində bu gün “Marsol Group” partnyorları ilə “Gədəbəy Mineral Suları” (Slavyanka) şirkətində qonaq olduq. Partnyorlarla yanaşı dövlət qurumlarının da iştirak etdiyi görüşdə səmimi mühitdə tanışlıq oldu. Sonra sahibkarlar şirkətin direktoru Ramil Fərzəliyevin təqdimatı ilə minerallarla zəngin, müalicəvi “Slavyanka” sularının tarixi haqqında məlumat aldılar.

Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev və KOBİA-nın Bakı və Xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov iştirak edərək sahibkarlarla həmsöhbət olub B2G formatında dialoqlar baş tutub.Görüşün sonunda şirkət tərəfindən partnyorlarımıza “Slavyanka” məhsulları təqdim olunub.

Nəzərinizə çatdıraq ki, “Gədəbəy Mineral Suları” Gədəbəy rayonunun Zəhmət kəndində fəaliyyət göstərən fabrikdə saf və təbii bulaqlardan gələn suları toplayaraq, mineral tərkibi qorumaqla təmizləmə prosedurlarından keçirilir və ölkəmizin bütün regionlarına çatdırılır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Azplasttech
BSC
Kartpak
Dövlət Məşğulluq Agentliyi
Tayqatech
Smart Group
Mega Həyat
Fiore-F
KOBİA