Ofis Ziyarəti “Beynəxalq Təhsil Mərkəzi” – 21.12.2023

Marsol Group partnyorlarının növbəti ofis ziyarətinin ünvanı Beynəlxalq Təhsil Mərkəzi oldu.

Müəssisənin təsisçisi və direktoru Ramal Şəmşədli partnyorlarımızı çay süfrəsi ətrafında qonaq etdi. Sahibkarlar arasında tanışlıqlar baş tutdu. Daha sonra, Ramal bəy mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək, artıq 5 ildən çoxdurki yüzlərlə gənci dünyanın ən yaxşı üniversitetlərində təhsil imkanı ilə təmin etdiklərini qeyd etdi.

2017-ci ildən fəaliyyət göstərən Beynəlxalq Təhsil Mərkəzi Türkiyə, Amerika, Avropa ölkələri üzrə həm əyani, həm də qiyabi bakalavr, magistratura və doktorantura üzrə qəbullar alır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

One Smart Star
Odero
Newtech
Ecober
Qanun Mühasibatlıq Xidmətləri
Bayraktar Holding