Ofis Ziyarəti “Formag-Baku” – 13.10.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarət”imiz “Formag-Baku” şirkətində baş tutdu. İştirak edən sahibkarlar bir-birlərilə yaxından tanış oldular, daha sonra, «Formag-Baku»nun icraçı diektoru Nəcəf Malikov və direktor müavini Ramin Hüseynov şirkətin fəaliyyəti və gördükləri işlər haqqında sahibkarlara ətraflı məlumat verdilər. Bununla yanaşı görüşdə logistika sahəsilə bağlı bir sıra mövzulara toxunuldu. Şirkətin fəaliyyəti haqqında qısa təqdimat videosu izləndi.

“Formag-Baku” şirkəti 2004-cü ildən Azərbaycanda beynəlxalq logistika xidmətləri göstərir. Bu illər ərzində Azərbaycanın logistika və yükdaşıma bazarında mühüm təcrübə əldə etmiş və bir çox işlər görmüşdür. Hazırda Amerika, Avropa, Asiya, Afrika, Avstraliya və Okeaniya ölkələrindən hər növ nəqliyyat daşımaları və logistik xidmətləri həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Saloni
Azpark
Sosial Lab
Antik inşaat
Azestetik
İTech group
Şərq motors
Pro Glass