Ofis Ziyarəti “Dekoriza” – 13.10.2022

Ənənəvi ofis ziyarətimizin bu dəfəki ünvanı Dekoriza şirkəti idi. Partnyorumuz olan şirkət rəhbərləri ilə birlikdə 13 oktyabr tarixində keçirilən görüşdə iştirak etdik. Şirkətin rəhbəri Aqil Mollazadə bütün qonaqları salamladıqdan sonra şirkətin yarandığı gündən bugünə qədər olan fəaliyyəti haqqında geniş məlumat verdi. Ardından şirkət məhsulları haqqında müzakirələr aparıldı.

2013-cü ildən fəaliyyətə başlayan şirkət  ölkədə həm də ilk UV istehsalçısıdır. İstehsalçısı olduğu bütün məhsullara uzunmüddətli zəmanət verir və müştəri razılığını hər daim göz önündə saxlayır.  Həmçinin şirkət məhsulları arasında Almaniya istehsalı olan dartma tavan modellərinin də müştəriyə 10 il zəmanətlə verilməsi satış keyfiyyətini artırır.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Teoria Art
Xəyal Media
Logitrans
Lunchef Catering
Fire Universal Group
Fotoxalça
MyKart