Ofis Ziyarəti Express Services and Logistics – 27.07.2021

Partnyorlarımızla birlikdə “Express Services & Logistics ” şirkətində qonaq olduq. “Express Services & Logistics”in rəhbəri Anar bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi və görüşdə iştirak edən sahibkarlar da öz növbəsində şirkətləri haqqında məlumat verərək bir-birlərilə yaxından tanış oldular. Başda Anar bəy olmaqla iştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

İştirak edən şirkətlər:

Strix
Akfa Elektrik
All Plast
Vitam
Şərq Motors
All Smart

Express Services and Logistics Müstəqil nəqliyyat-ekspedisiya şirkəti olaraq, sizə tam həcmdə nəqliyyat, ixrac-idxal, həmçinin gömrük rəsmiləşdirilməsi xidmətlərini təklif edir. 2010-cu ildə Çinin Quancou şəhərində təsis olunan ofisimiz Cənub-Şərqi Asiya ölkələrindən (Çin, Cən- ubi Koreya, Tayvan, Hindistan, Dubay) mal ixrac edən bir yük-ekspeditor şirkəti olaraq işə başlamışdır. Hal-hazırda, fəaliyyəti coğrafiyası zamanla test edilmiş tərəfdaşlar və təcrübəli əməkdaşlar şəbəkəsi vasitəsilə genişləndirilib.