Ofis Ziyarəti AEM Elektron – 27.07.2021

Bugün partnyorlarımzıla birlikdə “AEM Elektron” şirkətinin şourumunda qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldu. Daha sonra “AEM Elektron” şirkətinin nümayəndəsi idxal etdikləri “Dahua” brendi haqqında ətraflı məlumat vermiş və brendin məhsullarındakı yeniliklərədən danışmışdır. Sonda isə, şirkətin rəhbəri Mirzə bəy şourumu gəzdirərək məhsullarla yaxından tanış etmiş və MARSOL partnyorlarına endirimləri olacağını vurğulamışdır. Başda Mirzə bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

SG Logistica
Elka Homes
Türkeş Decor
DN Texnologiya
Sirab
Labor
Birgə və Sağlam İB
Marsol

«AEM ELEKTRON» MMC dünyanın məşhur şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər IT məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir.