Ofis Ziyarəti “Evimiz” MMC – 26.08.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarəti”miz “EVİMİZ” şirkətində baş tutdu.

Bizi şirkətin rəhbəri Ceyhun bəy qarşıladı. Çay süfrəsi ətrafında səmimi görüş təşkil edildi və partnyorlarımız arasında ətraflı tanışlıq oldu. Ardınca şourumu gəzdik. Şirkət və şirkətin məhsulları haqqında ətraflı məlumat verildi.

1998-ci ildə təsis olunan “Evimiz” şirkəti, Azərbaycanda “YAPI MARKET” mağazaçılığının banisidir. Şirkət bu günə qədər “YAPI MARKET” olaraq fəaliyyət göstərməklə yanaşı, böyük inşaat layihələrinə də xidmət göstərmişdir.

İstehlakçıların ehtiyaclarını və Azərbaycan bazarının tələblərini də diqqətlə izləyən şirkət, 2017-ci ildən “ev üçün hər şey” konseptini Azərbaycana gətirmişdir.

“Evimiz”, 3500 kvadrat metrlik satış ərazisi ilə, ölkənin ən böyük ev əşyaları mağazalarından biri olması ilə yanaşı, həmçinin, müxtəlif müştəri kateqoriyalarına yönəlik məhsul çeşidliliyi ilə seçilir.

İştirak edən şirkətlər:

Sabiroğlu
Express Services and Logistics
EFOR Strategic Agency
Texno Gallery
Kovrolin.az
Catering baku
Omnitech
Beynəlxalq Tədris Mərkəzi