“Bilinən və bilinməyən cəhətləri ilə planlama” mövzusunda təlim – 26.08.2022

“MARSOL Business Club”da “Bilinən və bilinməyən cəhətləri ilə planlama” təlimi

26 avqust tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da Biznes və İdarəetmə üzrə konsultant, “SƏNAYENİLƏNMƏ”, “Nokia”, “Walmart İdarə Edərsə” kitablarının müəllifi Seymur İlyasovun “Bilinən və bilinməyən cəhətləri planlama” mövzusunda npvbəti təlimi baş tutub. Təlimdən əvvəl təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq olub. Hər biri öz şirkətləri haqqında məlumat verib. Təlim müddətində Seymur bəy “Planlama” mövzusunda partnyorlarımızı məlumatlandırıb və faydalı tövsiyələr verib.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Banu Bağça
Qanun Mühasibatlıq
Flame Tour
Piramida Group
Agile Solutions
Oneamz
Səhliyalı
Türkeş Dekor
Zamex
Enerji-N
Zərif Zərgər