Ofis Ziyarəti “Euroglass Art” – 22.09.2021

Bugün partnyorlarımızla birlikdə şüşə və şüşə sistemləri sahəsində öz sözünü demiş “Euroglass Art” şirkətinin istehsalatında qonaq olduq. İlk növbədə iştirak edən sahibkarlar öz biznesləri haqqında məlumat verdi və yaxından tanış oldular. Daha sonra partnyorumuz “Euroglass Art” şirkətinin rəhbəri Rəxşan bəy gördükləri işlər və şirkətin fəaliyyəti haqqında ətraflı danışdı. Rəxşan bəy PVC qapı-pəncərə sistemləri, cam balkon və digər şüşə istehsalı məhsulları haqqında da ətraflı danışdı. Bununla yanaşı görüşdə yerli istehsalatla bağlı mövzulara da toxunuldu.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
FreshAir
Garanti Group
EuroglassArt
Caspian Enerji Group
Kapital Bank
SMTT