Business Breakfast “Atmosphere Lounge” – 22.09.2021

Bugün tərəfdaşlarımızın  iştirakı ilə Atmosphere lounge-da “Business Breakfast” görüş baş tutdu.
Eyni zamanda tədbirin sonunda partnyorlarımızdan olan “Sr Broker” şirkətinin rəhbəri Rahib bəy  “Malın gömrük dəyərinin müəyyən edilməsi və gömrük rəsmiləşdirilməsi” mövzusunda danışdı. İştirakçıların sualları və gömrük ilə bağlı müzakirələrlə tədbir davam etdi. Gömrüklə bağlı suallara partnyorlarımız bu görüşdə cavab tapdılar.

Bununla yanaşı görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə KOB dostu Anar bəy də iştirak edib və KOBİA-nın fəaliyyəti haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Şəms Tərcümə
SR Broker
Monder Hospital
F.F.F+N
Polymart
Bayraq Evi
İcon Pərdə
Print Park
Grow Audit
Prof Solutions
Xanni Əlcək