Ofis Ziyarəti “ERZ ofis mebeli” – 18.11.2021

Bu gün partnyorlarla birgə “ERZ” ofis mebeli şirkətində qonaq olduq.

Əvvəl partnyorlar bir-birlərilə tanış oldu, daha sonra “ERZ” ofis mebeli şirkətinin rəhbəri Rəşad bəy fəaliyyətləri və məhsulları haqqında ətraflı məlumat verərək şourumu gəzdirdi və məhsulları ilə yaxından tanış etdi. Bununla yanaşı görüşdə bizneslə bağlı bir sıra məsələlərdə müzakirələr edildi.

Başda Rəşad bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Grow Audit
Onur Plast
Shams Group
Deltatech
Avtotemir az
Anar bal evi