Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 18.11.2021

Bu gün “MARSOL” tərəfdaşları arasında növbəti “Dəyirmi Masa və B2B” görüş baş tutub. Görüşdə iştirak edən partnyorlarımız ənənəvi qaydada tanış olub. Daha sonra partnyorumuz “Xan Group” şirkətinə daxil olan “Flame Technologies LLC ” şirkətinin təqdimatı gərçəkləşdi. Belə ki, şirkətin rəhbəri Ülvi bəy fəaliyyət istiqamətləri olan mexanika sistemi, elektrik sistemi, santexnika sistemi, lift sistemləri, epoksi, led İşıqlandırma, BMS və İnşaat xidmətləri haqqında ətraflı məlumat verdi. Həmçinin görüş zamanı Ülvi bəy partnyorlarımıza məlumat verməklə yanaşı “Flame Technologies LLC” şirkətinin fəaliyyətini əks etdirən video roliki izlədik və xidmətlərindən ibarət kataloqları bizə təqdim etdi. Bununla yanaşı görüşdə “Dövlət Məşğulluq Agentliyinin” böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
ArchiCO MMC
Xan group (Flame texnologies)
Caspian Energy Group
Az-Mep Group MMC
Dövlət Məşğulluq Agentliyi
Stand Pro