Partnyorlarımızla birlikdə növbəti ofis ziyarətimiz, Emsa Food şirkətinə oldu. Emsa Food-un rəhbəri Ruslan Əliyev çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi və fəaliyyətləri haqqında partnyorlarımıza ətraflı məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra Ruslan bəy çay süfrəsi ətrafında partnyorlarımızı maraqlandıran sualları cavabladı, maraqlı müzakirələr oldu.

Qida sektorunda qabaqcıl şirkətlərdən biri olan “Emsa Food“ Azərbaycanda 2021-ci ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanda “DineHall” və “DineBurger” restoranları ilə tanınmaqdadır.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

İvento
Ecomedi
Formag Frowarding
Smart Group
Socar Petroleum
Baykon