Ofis Ziyarəti “Emsa Food” – 24.11.2022

24 noyabr tarixində partnyorlarımızla birlikdə “Emsa Food” şirkətinin qonağı olduq . Tanışlıqla başlayan görüşümüzdə bizi şirkətin baş direktoru Ruslan Əliyev qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımız bir-birləri ilə daha yaxından tanış oldular. Daha sonra Ruslan bəy partnyorlarımıza şirkət və xidmətləri haqqında ətraflı məlumat verdi.

Qida sektorunda qabaqcıl şirkətlərdən biri olan “Emsa Food“ Azərbaycanda 2021-ci ildən fəaliyyət göstərir.  Şirkət Azərbaycanda “DineHall” və “DineBurger” restoranları ilə tanınmaqdadır.

İştirak edən hər kəsə təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:

ERZ Mebel

Silo Construction

Ağ Saray

BHB Strategic & Creative Co.

Express Services & Logistics

Euroglass Art

MR Group