“Korporativ satış” mövzusunda təlim – 25.11.2022

“MARSOL Business Club”da “Korporativ Satış” mövzusunda təlim

25 noyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da “Gobustone” şirkətinin satış və marketinq direktoru Sarvan Aslanovun “Korporativ Satış” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu. Daha sonra təlim müddətində Sarvan bəy “Korporativ Satış” haqqında partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi. Ən sonda isə “Nastep” şirkətinin rəhbəri Fəxri bəy şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verdi. 

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

ADRA
Nastep
Billur MS
Nazim1001
Logitrans
Globus Travel
Hafele
Crea
Hood academy
S-enna