Ofis ziyarəti “Caspian Energy Group” – 16.08.2022

Bu gün dünyaca məşhur şirkətlərin istehsal etdiyi izolyasiya materiallarının respublikaya idxalını və daxili bazarda satışını həyata keçirən “Caspian Energy Group” şirkətində “Ofis ziyarətimiz” baş tutdu. Partnyorlarımızın bir-birilərlə yaxından tanış olması, netvorkinq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə həyata keçirdiyimiz ofis ziyarətində şirkətin rəhbəri Natiq bəy sahibkarlarla birgə şourumu gəzərək istehsal olunan izolyasiya və inşaat məhsulları haqqında məlumat verib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

AK Piping
Baykon İnşaat
Garanti Group
Unilift
BF Group
Prime Audit
Sarr Logistika
Ecolife
VMR Tekstil
Akbaba Group
Efor
Consept Home