Ofis Ziyarəti “Autolux Azerbaijan” – 17.08.2022

Bu gün dünyaca məşhur avtomobil brendlərinin Azərbaycandakı rəsmi distributeri olan “Autolux Azerbaijan” şirkətində Marsol partnyorlarının “Ofis Ziyarəti” baş tutdu. Əvvəlcə çay süfrəsi ətrafından partnyorlarımızın bir-biri ilə tanışlığı oldu. Daha sonra “Autolux Azerbaijan”ın icraçı direktoru Azər bəy şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Şourum gəzintimiz əsnasında yeni avtomobillər haqqından ətraflı məlumatlar əldə etdik. Həmçinin servis xidməti ilə daha da yaxından tanış olduq.

Autolux Azərbaycan 2012-ci ilin oktyabr ayında təsis olunmuşdur. İtaliya, ABŞ və Böyük Britaniya avtomobil brendlərini təmsil edir. Bu brendlərə; Ferrari, Lamborghini, Collezione Automobili aiddir. Həmçinin FCA Group-a aid olan digər 7 brendin – Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep-in də rəsmi təmsilçisidir. Autolux Azərbaycan brend sıralamasını daim genişləndirməkdə və keyfiyyəti bir nömrəli prioritet olaraq saxlamaqda qərarlıdır.

İştirak edən şirkətlərə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Nazim 1001

Mobil Broker

Best Bearings

Kapital Bank

Feram Group

İvento

Good finance

Office Pro

Brandex

Texno Gallery

Fire universal group