23 oktyabr tarixində Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Beynəlxalq Təhsil Mərkəzi”ndə qonaq olublar.
“Beynəlxalq Təhsil Mərkəzi”nin təsisçisi və direktoru Ramal Şəmşədli mərkəzin fəaliyyət istiqamətləri haqqında, gənclər üçün təhsil imkanları, xaricdə təhsil prosesinin üstünlükləri, qəbul mərhələlərində dəstək xidmətləri və digər mövzularla bağlı ətraflı məlumat verib.
Daha sonra partnyorlarımız çay süfrəsi ətrafında əməkdaşlıq imkanlarını müzakirə etmək və öz biznes təcrübələrini paylaşmaq imkanı əldə ediblər.
Sonda, iştirakçılar müəssisənin fəaliyyətlərinin gerçəkləşdiyi zal və sinif otaqları ilə əyani formada tanış olublar.
Nəzərinizə çatdıraq ki, Beynəlxalq təhsil mərkəzi Türkiyə, Rusiya, Almaniya, Polşa Amerika, Kanada və digər avropa ölkələrində Bakalavr, Magistratura, Doktorantura və PHD üzrə əyani, qiyabi, distant təhsil üçün qəbul həyata keçirir. Eyni zamanda bu ölkələrdə keçərli olan beynəlxalq imtahan proqramları YÖS, SAT, IELTS, TOEFL, Alman dili programlarına hazırlıq, və həmçinin mərkəz tərəfindən riyaziyyat, kimya, fizika, biologiya üzrə olimpiadaya hazırlıq dərsləri tədris olunur.
#marsol #beynəlxalqtəhsilmərkəzi #ofisziyarəti