Ofis Ziyarəti “ArchiCO” – 03.12.2021

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Archico Engineering Company” MMC – də baş tutdu. Partnyorlarımız “ArchiCO” MMC-nin fəaliyyəti haqqında şirkətin rəhbəri Məhəmməd bəy tərəfindən məlumatlandırıldı. Belə ki, şirkətin rəhbəri Məhəmməd bəy həyata keçirdikləri tikinti, layihələndirmə, inspeksiya xidmətləri və investisiya layihələri haqqında məlumat verdi. Bundan əlavə Məhəmməd bəy “ArchiCO” MMC-nin fəaliyyət istiqamətləri olan “ArchiGlass” və “Caspian Cable” haqqında da danışdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

ArchiCO
Karvan-L
Silo Construction
Avrasiya Baku
Xan Group
Kirs Firmas