Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 03.12.2021

Bu gün MARSOL Business Club-da tərəfdaşlarımızın iştirakı ilə növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutub. Görüşdə ənənəvi qaydada tanışlıqlar olub, şirkət rəhbərləri şirkətləri və fəaliyyətləri haqqında məlumat verib və biznesə dair mövzularda müzakirələr edilib.
Onu da qeyd edək ki, mütəmadi olaraq görüşlərimizdə “Sahibkarlığın İnkişafı Fondu”nun nümayəndələri iştirak edir və partnyorları maarifləndirərək onları maraqlandıran sualları cavablandırırlar. Bu dəfə də “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım görüşdə iştirak edərək, fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı. Ən sonda, fərqli çeşiddə yemək növləri və milli mətbəxin təamlarını hazırlayan partnyorumuz “Gəncə Təndiri”nin təqdimatı baş tutdu. “Gəncə Təndiri”nin rəhbəri Bahadur bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi və hədiyyə etdiyi tortdan qonaqlarımızla birgə daddıq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Marsol MMC
BMY Caspian
Gəncə Təndir
Gəncə Təndir
Bakı İstanbul Liseyi
Sahibkarlığın İnkişaf Fondu
Mesa Group
Best Tech
Duruca Su
Chai Khor