Ofis Ziyarəti “Ağsaray Residence” – 08.12.2021

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “ Ağsaray Residence”də baş tutdu. Partnyorlarımız “Ağsaray Residence”in fəaliyyəti haqqında şirkətin rəhbəri Cahid bəy tərəfindən məlumatlandırıldı. Belə ki, şirkətin rəhbəri Cahid bəy həyata keçirdikləri layihələr haqqında geniş məlumat verdi. Həmçinin “Ağsaray Residence”in böyük layihələrindən olan AğSaray yaşayış kompleksi haqqında ətraflı məlumat verildi. Bakı Ağ Şəhər haqlı olaraq şəhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. Bu şəhər kompleksi nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır. Partnyorlarımız lahiyənin icrası ilə əyani olaraq da tanış olublar.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər

Ağ Saray Residence
Saf Chemikal
A Trading Azərbaycan
ThinkWise
EuroglassArt
Gens Elektrik
Xanni -2017
Texno Gallery
Azprint
Flayer.az
Holcim Azərbaycan ( Qonaq )