Ofis Ziyarəti “166 Yükdaşıma və Logistika” – 17.11.2022

17 noyabr tarixində partnyorlarımızla birlikdə yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biri olan “166 Yükdaşıma və Logistika” şirkətinin qonağı olduq. Bizi şirkətin direktor müavini Samidə Qəniyeva qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında tanışlıq oldu. Partnyorlarımız öz biznesləri haqqında məlumatlar paylaşdılar. Ardınca “166 Yükdaşıma və Logistika” şirkətinin əməkdaşları bizi iş prosesi ilə yaxından tanış etdilər. Şirkətin əməkdaşları ilə tanış olduq. Gördükləri işləri necə icra etdikləri ilə əlaqəli xeyli informasiya əldə etdik.

“166 Yükdaşıma və Logistika” 2012-ci ildən fəaliyyət göstərir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq daşımaları da həyata keçirir. Müştərilərinə operativ xidmət göstərmək məqsədilə 166 qaynar xətti 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir. Yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma kimi xidmətlərini müştərilərinə təqdim edir. Həmçinin ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları əldə edib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər –

Omax Group

Fleetstock

Qayo Group

Yek Production

Unilift

Best Bearings

Orvita

Dəmirağac Engineering

Elar Park

Emobile