“Korporativ idarəetmə nədir?” mövzusunda təlim – 18.11.2022

“MARSOL Business Club”da “Korporativ idarəetmə” təlimi

18 noyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, İqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin “Korporativ idarəetmə nədir?” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu. Daha sonra təlim müddətində Ruslan bəy partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

SG Logistics
Mobile
Best Comp
Fostanpak
Green Med
Profdez
N-advert
Terzioglu
Red academy
Şəms Tərcümə
Tayqa Tech
Proav
Arbitro