Oktyabrın 10-u baş tutan növbəti işgüzar görüşümüz zamanı partnyorlarımız “Marriott Baku Boulevard”da bir araya gəlib.
“166 Yükdaşıma və Logistika” şirkətinin və Marsol Group-un birgə təşkilatçılığı ilə baş tutan görüş çərçivəsində Marsol Group partnyorları arasında tanışlıqlar olub, yeni əlaqələrin qurulmasına imkan yaranıb.
Daha sonra məqsədyönlü olaraq “Marriott Baku Boulevard”ın yaxınlığında yerləşən “166 Yükdaşıma və Logistika” şirkətinin ofisi ziyarət olunub. Yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik xidmətlərini özündə cəmləşdirən şirkətin icraçı direktoru Talıb Abbaszadə partnyorlarımızı həmin xidmətlərlə bağlı məlumatlandırıb, ofisdə ekskursiya təşkil olunub.
Nəzərinizə çatdıraq ki, 2012-ci ildə fəaliyyətə başlayan “166 Yükdaşıma və Logistika” şirkəti yükdaşıma xidməti ilə yanaşı, beynəlxalq daşımaları da həyata keçirir. Mütəmadi olaraq müştərilərə göstərilən xidmətlər üzrə qiymətləndirmə aparılır, təklif və iradlara əsasən xidmət keyfiyyəti daim təkmilləşdirilir.