Day

Oktyabr 11, 2024
Oktyabrın 11-i sahibkarlarımızla birlikdə tam həcmdə nəqliyyat, ixrac-idxal, həmçinin gömrük rəsmiləşdirilməsi xidmətləri göstərən “Express Services and Logistics” şirkətinin ofisində bir araya gəldik. Görüşümüz zamanı şirkətin rəhbəri Anar Əsgərov sahibkarlara “Express Services and Logistics” şirkətinin xidmətləri haqqında məlumat verib. Sahibkarlar logistika sahəsində əməkdaşlıq təcrübələrini bölüşüb, logistika prosesləri haqqında müzakirələr aparıblar. Həmçinin, Kiçik və Orta Biznesin İnkişafı...
Ətraflı
Oktyabrın 10-u baş tutan növbəti işgüzar görüşümüz zamanı partnyorlarımız “Marriott Baku Boulevard”da bir araya gəlib. “166 Yükdaşıma və Logistika” şirkətinin və Marsol Group-un birgə təşkilatçılığı ilə baş tutan görüş çərçivəsində Marsol Group partnyorları arasında tanışlıqlar olub, yeni əlaqələrin qurulmasına imkan yaranıb. Daha sonra məqsədyönlü olaraq “Marriott Baku Boulevard”ın yaxınlığında yerləşən “166 Yükdaşıma və Logistika” şirkətinin...
Ətraflı
Oktyabrın 10-u xanım sahibkarların da iştirakı ilə “Prive Steak Gallery” restoranında “İşgüzar Səhər Yeməyi” təşkil olunub. Görüşdə sahibkarlar arasında yeni əlaqələrin qurulmasına imkan yaranıb, Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Rüstəm Qədirli də görüşdə iştirak edərək Fondun davam edən layihələrindən danışıb, sahibkarlarla həmsöhbət olub. Görüş çərçivəsində iyirmi illik brend...
Ətraflı

This will close in 0 seconds