Ofis Ziyarəti “Nurlu Perfume Lab” – 26.09.2023

Bu gün xanım sahibkarlarla birlikdə partnyorumuz “Nurlu Perfume Lab” şirkətində qonaq olduq. Partnyorlarımız burada şirkətin təsisçisi Qoşqar Nurlunun təqdimatı ilə ətirlərin növləri, onların tərkibi haqqında məlumat əldə etdilər. İştirakçılar həmçinin bir-birilərilə şirkətin fəaliyyətləri və məhsulları haqqında fikir mübadiləsi apardılar. Daha sonra Qoşqar bəy kiçik bir master klassla partnyorları ətirlərin hazırlanması qaydası ilə tanış etdi.

Görüşün sonunda şirkət tərəfindən partnyorlara hədiyyələr təqdim olundu.

“Nurlu Parfüm Lab” tək bir nüsxədən ibarət ekskluziv formula ilə hazırlanmış ətirlər təqdim edir. Ətriyyatçılığa dair bir çox xidmətləri özündə birləşdirən labarotoriyada sifarişçinin istəklərinə və xarakterinə uyğun hazırlanan ətirlərlə yanaşı uşaqlar üçün tərkibində spirt və allerqen maddələrin olmadığı ətirlər də mövcuddur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

GV Estetik
Azela Design
Cake School
Sweet Tweet
Nil Təhsil Mərkəzi
Orvita
Baobab

This will close in 0 seconds