Marsol Group partnyorları bu gün “Meslehetci.az” şirkətində qonaq olublar. Görüş çərçivəsində sahibkarlar şirkətin mühasibat, maliyyə, vergi, və audit xidmətləri haqqında məlumat almaq, eləcə də səmimi mühitdə biznesləri haqqında müzakirə aparmaq imkanı əldə ediblər. Şirkətin həmtəsisçiləri Abbas Orucəliyev və Xalid Cəfərov partnyorlar üçün təşkil olunan çay süfrəsi ətrafında bir çox şirkətlərlə davam edən uzunmüddətli və keyfiyyətli münasibətləri haqqında məlumat verib. Görüşün davamında Xalid bəyin “Mühasibat uçotunun düzgün təşkil edilməsinin sahibkarlıq fəaliyyətindəki rolu” başlığı altında təlimi baş tutub mövzu çərçivəsində iştirakçıların sualları cavablandırıldı.
Bununla yanaşı şirkət tərəfindən Xalid bəyin müəllifi olduğu “Müxabirləşmələrin praktiki izahı” kitabının 3-cü nəşri partnyorlara hədiyyə edilib.
“Meslehetci.az” şirkəti təsərrüfat subyektlərinin işlərinin düzgün qurulması, mühasibat və maliyyə uçotunun şəffaf formalaşması, vergilərin düzgün hesablanması və ödənilməsi üçün şirkətlərə mühasibat, maliyyə, vergi, kadr və audit xidmətləri göstərir.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
Master Tools
Ascend
Hellman Logistika
Odero
Newtech
AAC Qobustone
Focus Optika
Aero Tour
Meslehetci.az