“Marsol Mini Futbol Turniri 2023” Kapitanlarla Görüş – 03.11.2023

3 noyabr “Marsol Mini Futbol Turniri 2023″ün iştirakçısı olan komanda kapitanları ilə görüş keçirilib. Turnirdə qarşı-qarşıya gələcək komandalar arasında yaxından tanışlıq olub.

Həyəcan dolu rəqabətin baş tutacağı turnirin təşkilatçısı QOLAT Sport Services-in təsisçisi Səid Bağırov çıxış edərək iştirakçılara qruplar və tətbiq olunan qaydalar haqqında məlumat verib.

Sonda “Marsol Mini Futbol Turniri 2023″ün iştirakçılarına komandalar üzrə futbol formaları təqdim olunub.

Sahibkarların rəqabət aparacağı turnir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA-nın tərəfdaşlığı, “ERZ” ofis mebeli şirkətinin baş sponsorluğu, “Laser Services”, “Modern Hospital”, “Kovrolin.az“ın sponsorluğu ilə baş tutacaq.

Promo tərəfdaş: Moon Group