Bu gün sahibkarlarla birgə partnyorumuz “Hanoğlu Baklava & Lokum”da qonaq olduq. Gözəl interyerə sahib məkanda həm partnyorlarımız bir-birlərilə tanış oldu, həm də, ləziz türk paxlavalarından daddıq. “Hanoğlu Baklava & Lokum”un həm də partnyorumuz “Qanun Mühasibatlıq Xidmətləri”nin rəhbəri Xanoğlan bəy fəaliyyətləri və şirniyyat məhsulları haqqında ətraflı məlumat verdi. Daha sonra əsas fəaliyyətləri olan mühasibatlıq haqqında danışdı və vergi ilə bağlı maarifləndirci çıxış etdi. İştirak edən partnyorlarımız da mövzu ilə bağlı suallarını Xanoğlan bəyə ünvanladı.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər:
Express Logistika
Rich Group
Şərq Motors
KİRS
TAİM
Arion Hotel
Azprint
GreenMed