Sahibkarların netvorkinq əlaqələrinin gücləndirilməsi və biznesə dair müəyyən mövzularda müzakirələr edilməsi məqsədilə təşkil etdiyimiz növbəti “Business Breakfast” partnyorlarımızın iştirakı ilə Cafe de Baku restoranında baş tutdu. Görüşdə “MARSOL” partnyoru olan xanım sahibkarlar da iştirak edib, tanışlıqlar olub və hər kəs öz biznesi haqqında məlumat verib. Bununla yanaşı görüşdə iştirak edən partnyorumuz “VB Consulting” şirkətinin rəhbəri Şamxal bəy “Audit nədir və kimlər üçün məcburi xarakter daşıyır?” mövzusunda çıxış etdi və partnyorların auditlə bağlı suallarını cavablandırdı.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər –
Marsol MMC
Atmosphere Lounge
Vision Akademy
SR Broker
VB Consulting
A Trading Azərbaycan
Katsan Group
Luck Office Support
PM Akademiya
Nurlu Parfum Lab
Eurodoor
Smart Group
Think Wise
Arıçılar Assosiasiyası
Sky Supply Service