Ofis Ziyarəti “Grow Audit” –25.01.2022

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz “Ofis Ziyarətimiz” bu dəfə, 2021 – 2022 sponsorlarımızdan olan “Grow Audit” şirkətində baş tutdu. Partnyorlarımız “Grow Audit” şirkətinin fəaliyyəti haqqında şirkətin rəhbəri Orxan bəy tərəfindən məlumatlandırıldı. Belə ki, şirkətin rəhbəri Orxan bəy “Grow Audit and Consulting” MMC şirkətinin 2011-ci ildən bəri əsas xidmətlər bazasının zəmanət və keyfiyyətdən ibarət olduğu mühasibat, vergi, hüquq və audit xidmətləri sahəsində imkanlarını genişləndirərək müştərilərin ehtiyaclarına cavab verən şirkət olduğunu vurğuladı. Həmçinin Orxan bəyin rəhbərlik etdiyi və Marsol partnyorları olan digər 2 şirkət: “PrimEx” və “GR Group” haqqında ətraflı məlumat verdi.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Sabiroğlu MMC
A Trading Azərbaycan
Həkim Baba
Shams Group
FreshAir
Bravo
Azplasttech
Billur
Grow Audit
Primex