24 noyabr tarixində partnyorlarımızla birlikdə “Emsa Food” şirkətinin qonağı olduq . Tanışlıqla başlayan görüşümüzdə bizi şirkətin baş direktoru Ruslan Əliyev qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımız bir-birləri ilə daha yaxından tanış oldular. Daha sonra Ruslan bəy partnyorlarımıza şirkət və xidmətləri haqqında ətraflı məlumat verdi.
Qida sektorunda qabaqcıl şirkətlərdən biri olan “Emsa Food“ Azərbaycanda 2021-ci ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanda “DineHall” və “DineBurger” restoranları ilə tanınmaqdadır.
İştirak edən hər kəsə təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.
İştirak edən şirkətlər:
ERZ Mebel
Silo Construction
Ağ Saray
BHB Strategic & Creative Co.
Express Services & Logistics
Euroglass Art
MR Group