Ofis Ziyarəti “Birgə və Sağlam İctimai Birliyi” – 22.12.2022

Bu gün partnyorlarımızla birlikdə, sosial tərəfdaşımız olan “Birgə və Sağlam İctimai Birliyi”nin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzini növbəti dəfə ziyarət etdik və “Kashalata” kafesində qonaq olduq. İctimai Birliyin rəhbəri Aytən xanım mərkəz haqqında partnyorlarımıza ətraflı məlumat verdi və təşkil olunan dərs prosedurları ilə mərkəzi gəzdirərək yaxından tanış etdi. Autizmli uşaqlarla birlikdə vaxt keçirərək onlarla maraqlı söhbətlər etdik. Daha sonra onların musiqili çıxışlarını izlədik. Sonda isə xatirə şəkli çəkdirdik.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Karyera və İşə Hazırlıq Mərkəzi

Rəmzioğlu Paxlava

Unity Technologies

RED academy

Emlak.az

VMR Tekstil

Compar Academy

İndikator Avto

Hafele

Zahra Clinic

This will close in 0 seconds