“Axşam ziyafəti və B2B” görüş – 21.12.2022

21 dekabr Marsol partnyorlarının iştirakı ilə “Kitchen Plus” restoranında “Araznet-ABV” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Qonaqlarımızın da iştirak etdiyi görüşümüz şam yeməyi ilə başladı. Ardınca iştirak edən sahibkarlar şirkətləri haqqında məlumat verdilər. “Araznet-ABV” şirkətinin təsisçisi Surxay Ələkbərov, şirkətin missiyasından bəhs etdi. Şirkətin brend meneceri İdrak Novruzov və Elşən Səfərov “Araznet-ABV” fəaliyyət sahələri haqqında daha detallı məlumatları əhatə edən təqdimat etdilər. Təqdimatdan sonra partnyorlarımızı maraqlandıran suallar cavablandırıldı. Ən sonda görüşdə iştirak edən sahibkarlara “Araznet-ABV” şirkəti tərəfindən promo məhsulları hədiyyə edildi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

İmdatoğulları
BMY Caspian
Garanti Group
Ağ Saray Residence
Mart Group
Əhmədoğlu
MT Construction
Baykon İnşaat
Socar Petrolium
Antik İnşaat
Karvan-L
Prive Steak Gallery
Bakıxanov Çörək Zavodu – Möcüzə Market
Zərif İnterior
Dinçər və Carçıoğlu
Sporta.az
Acıbadəm Sağlık Qrupu
ABV
Kitchen Plus
Kral Rent A Car
Royal Travel
Suraxanı Oil
Ordubad Quru Meyvələri