Ofis Ziyarəti “Birgə və Sağlam” İB – 24.04.2024

Autizmli gənclərimiz üçün növbəti dəfə bir aradayıq!

Aprelin 24-ü Marsol Group partnyorları ilə “Birgə və Sağlam” İctimai Birliyinin Autizm mərkəzini ziyarətimiz zamanı həm “İşgüzar Səhər Yeməyi” ilə yeni partnyorlarımız arasında tanışlıq imkanı yaratmaq həm də Autizm mərkəzinin fəaliyyətləri ilə tanış olmaq imkanı əldə etdik.

“Kashalata” kafesində Autizmli gənclərin xoş musiqili çıxışları, eləcə də mərkəzin fəaliyyətləri ilə bağlı təqdimatlar “İşgüzar Səhər Yeməyi”nə xüsusi maraq qatdı. Birliyin sədri Aytən Eynalova da mərkəzin təhsil, səhiyyə və sosial xidmətləri ilə bağlı partnyorlarımızı məlumatlandırdı.

Davamında Autizm mərkəzinin zal və otaqlarını gəzərək autizmli gənclər üçün yaradılan şəraitlərlə tanış olduq.

Görüşün sonunda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

İştirak edən şirkətlər:

Kirpi Tekstil
Lux Concept
Car Club
MQS
Baku Power
Aslanov Group
Sharaf Media
Gültekin Logistics
Onur Plast
Rollup.az
Muffin Pustry
Fito Wall

This will close in 0 seconds