Ofis Ziyarəti “Birgə və Sağlam” – 17.03.2023

Bugünki ofis ziyarətimiz sosial tərəfdaşımız olan Birgə və Sağlam İctimai Birliyinin “Kashalata” kafesində baş tutdu. Görüşdə Birgə və Sağlam İctimai Birliyinin sədri Aytən Eynalova müəssisənin fəaliyyəti ilə yanaşı maraqlı mövzulara da toxundu və partnyorlarımızla həmsöhbət oldu. Daha sonra autizmli gənclər qonaqlar üçün gözəl musiqili çıxışlar etdilər.

Bizi dəvət etdiyi üçün Aytən xanıma və dəvəti qəbul edib iştirak edən partnyorlarımıza təşəkkür edirik.

İştirak edən şirkətlər:

Qayo Group
ERZ Ofis Mebeli
AS-Stretch
Delta Tech
N-Advert
AL Group
GFC – Global Food Company
Silo Construction