Ofis Ziyarəti “ATOSLİM” – 15.05.2024

Mayın 15-i modern istilik sistemləri və aksesuarlarının satışını həyata keçirən partnyorumuz “ATOSLİM”də ofis ziyarətimiz baş tutdu.

Sahibkarlarımızla bu dəfə 5-ci nəsil istilik sistemlərinin ən böyük idxalçılarından biri olan “ATOSLİM”in xidmətləri ətrafında müzakirə apardıq. Şirkətin təsisçisi və direktoru Azad İbrahimovun təqdimatı çərçivəsində “ATOSLİM”in təqdim etdiyi çeşidli məhsullar və modern texnologiyalarla tanış olduq.

Bununla yanaşı, iştirakçılar həm bir-birilərilə tanış oldular, həm də istilik sistemləri sahəsində əməkdaşlıq təcrübələrini bölüşdülər.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim etdik.

Nəzərinizə çatdıraq ki,Türkiyənin “Radyal” markasının məhsulları başda olmaqla radiator, dəsmalqurudan, kombi kimi istilik sistemlərini idxal edən “ATOSLİM” bir çox dövlət və özəl müəssisələr üçün xidmət göstərmişdir.

İştirak edən şirkətlər:

Wotmax Estate
Arbea İnşaat
Aslanov Group
Kanat Aluminium
Veysəloğlu Holdinq
İmzalı İnşaat
Arbitro
BHB Strategic & Creative Co.
Evsetra
Marxal Resort
Logi Group
Dekoriza