Güclü biznes şəbəkəsi əməkdaşlığın və tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradır. Region partnyorları ilə ənənəvi görüşlərdən əlavə onlayn görüşlərdə bir araya gəlmək B2B əlaqələrin inkişafına töhfə verir.
Mayın 15-i təşkil etdiyimiz görüşdə məqsədəuyğun olaraq sahibkarlıq fəaliyyətləri ətrafında müzakirələr apardıq, eləcə də Azərbaycan Dövlət Reklam Agentliyinin fəaliyyətləri ilə yaxından tanış olduq.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İmmiyə Zamanova təqdimatı zamanı ölkənin reklam ekosisteminin inkişafı eləcə də agentliyin ümumi məqsədləri haqqında sahibkarları maarifləndirdi.