Ofis və istehsalat ziyarəti “Vibrostone” – 19.10.2023

Bu gün partnyorlarımızla birlikdə “Vibrostone” şirkətində qonaq olduq. Beton məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətin ofisində partnyorlarımız bir-birlərilə bizneslərini müzakirə etməklə yanaşı “Vibrostone”un rəhbəri Nüsrət Dəmirovun təqdimatı ilə müəssisənin fəaliyyət istiqaməti haqqında məlumat əldə ediblər. Görüşün davamında sahibkarlar şirkətin istehsalat sahəsini ziyarət edib məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlarla yaxından tanış olublar.

“Vibrostone” zavodu Almaniyanın “HESS” şirkətinin layihəsi əsasında 2015-ci ildə təhvil verilərək fəaliyyətə başlamışdır. Şirkət üzlük daşlar, tavan daşları, fiqurlu daşlar, yol və tratuar bordyurları və digər beton məhsullarının istehsalı ilə məşğuldur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sumqayıt Ticarət Mərkəzi
AS Avtomatika
Onur Plast
Abşeron Logistika Mərkəzi
Odero
ERZ Ofis Mebeli