Ofis və İstehsalat Ziyarəti “Rəmzioğlu Paxlava” MMC – 09.08.2022

Növbəti bir “Ofis və İstehsalat Ziyarəti”miz keçmişdən gələn ləzzətləri ilk günki həyəcan və sevgi ilə bu günümüzə daşıyan “Rəmzioğlu Paxlava” MMC-də baş tutdu.

Bizi şirkətin təsisçisi Cavid bəy qarşıladı. Bir-birlərimizlə tanış olduqdan sonra bizə şirkət haqqında məlumat verdi. Ardınca istehsalat sahəsini gəzdik. Ən sonda isə görüşdə iştirak edən bütün partnyorlara öz məhsullarından hədiyyələr təqdim etdi.

“Rəmzioğlu Paxlava” 2005-ci ildən paxlava məhsulları istehsalı və satışı ilə müştərilərinin xidmətindədir. Azərbaycanda ən böyük paxlava istehsalına malik Rəmzioğlu Paxlava 30-dan çox paxlava çeşidinə malikdir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Zamex
Birgə və sağlam ictimai birliyi
Koynekci.az
ORVİTA Psixoloji Reabilitasiya
Incert
Yusif NS
One smart star
Voice Agency