Business Breakfast – 09.08.2022

Səhərimizi “Business Breakfast”-la açdığımız növbəti bir gün! Türkiyədən gələn qonağımız – Türk Dünyası ve Uluslararası İş Dünyası Yatırım Birliği Konfederasiyasının sədri Hakan Aktürkün, Milli Məclisin Deputatı Vüqar İsgəndərovun, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zenfira Ağayevanın, “Dövlət Məşğulluq Agentliyi”nin baş mütəxəssisi Aqşin bəyin də iştirak etdiyi çox maraqlı bir görüşümüz baş tutdu. Həm qonaqlarımız, həm də partnyorlarımız öz fəaliyyətləri haqqında danışdılar. Səmimi mühitdə bir-birləri ilə daha yaxından tanış oldular.

Görüşün sonunda 2021-2022 sponsorlarımızdan olan Kapital Bank-ın təqdimatı baş tutdu. Kiçik və Orta Sahibkarlarla İş Departamentinin direktoru Nəsimi bəy və Alternativ Satış Kanalları Şöbəsinin meneceri Vüsal bəy bankın sahibkarlara aid xidmətlərindən məlumat verdi.

İştirak edən qonaqlarımıza və partnyorlarımıza uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sociallab
Ağ Saray
Azdizayn
S-Enna
Peşəkar Psixologiya Mərkəzi
Baycan
LV Shipping
Tayqatech
Master NLP
Texno Gallery
Kapital Bank
Ecomedi
GST Company
Acıbadəm
DMA
Smart Group
Elka Homes
Ramiles Travel
Həkim Baba
Qayo
İcon Pərdə
Billur
L-Sim
Netcond
Qolat
Akbaba
Shane Academy