Ofis və istehsalat ziyarəti “Caspian Cable Systems” – 15.12.2022

Bu gün Azərbaycanın enerji və inşaat sektorlarında qabaqcıl yer tutan partnyorumuz “Caspian Cable Systems” şirkətinin qonağı olduq. İlk öncə partnyorlarımız bir-birləri ilə tanış olaraq şirkətləri haqqında məlumat verdilər. Daha sonra, “Caspian Cable Systems” şirkətinin direktoru Elnur Bədəlov əvvəlcə istehsal etdikləri məhsul və icra etdikləri layihələr haqqında ətraflı məlumat verdi. Ardınca 1000-dən çox çeşitdə kabel istehsal olunduğu fabrikin gəzintisində bizi istehsalatla daha yaxından tanış etdi.

Başda Elnur bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər –

Ağ Saray
FFF+N
Fleetstock
Tatoğlu
N-Advert
Texno Gallery
BSC
Helind
Zetaş