Business Breakfast “DineHall” – 14.12.2022

Bu səhər “DineHall” restoranında partnyorlarımız arasında yeni tanışlıqların olduğu, mövcud əlaqələrin daha da möhkəmləndiyi növbəti “Business Breakfast” görüşü baş tutdu. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Nicat Əlizadə və Əbdül Musazadə görüşdə iştirak edərək, sahibkarları KOBİA-nın fəaliyyətləri barədə məlumatlandırdı. Görüşdə iştirak edən partnyorlarımız öz biznesləri haqqında məlumat verərək bir-biriləri ilə tanış oldular. Həmçinin bu yaxınlarda memorandum imzaladığımız Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Prorektoru Neman Muradlı da görüşdə iştirak edərək, UNEC vasitəsilə tələbələrin xaricdə təhsil imkanlarından bəhs edib.

Ən sonda liftlərin və eskalatorların idxalı və quraşdırılması ilə məşğul olan “S-ENNA” şirkətinin təsisçi direktoru Pərviz Zalovun “S-ENNA” şirkəti haqqında ətraflı məlumat verdiyi təqdimatı baş tutub və bu sahədə olan yeniliklərdən danışıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər –

S-Enna
Muxtaroğlu
UNEC
Onur Plast
iTech
Destec Group
Greenwood
Envix Print
Maricel Hotel
Vibrostone
Lider Yanğın
One Smart Star
Hafele
Hazel
Unilegal
Silo Construction
Başak Group
Z glass
Abşeron Logistika
Ecober
KOBİA
189 Kuryer
MVC group
Documood
Naxçıvanbank