Müsahibə №62 – Ruzi Səmədov / “SAMADOV” Law & Audit

Biznes müsahibələrimizdə bu dəfəki müsahibimiz, partnyorumuz “SAMADOV” Law & Audit şirkətinin təsisçi və direktoru Ruzi Səmədov oldu.

Ruzi bəy “SAMADOV” şirkətinin uğurlu keçmişindən, Azərbaycandakı fəaliyyət və xidmətlərindən danışdı. Müsahibədə şirkətin yaranmasından, hazırki fəaliyyətlərindən və şirkətin gələcək planlarından bəhs etdi. Ən sonda isə Marsol şirkəti ilə əməkdaşlığından danışdı.

“SAMADOV” Law & Audit  10.01.2017 – ci il tarixində Səmədov Ruzi tərəfindən yaradılıb. Şirkət bu gün Azərbaycan bazarında beynəlxalq və yerli müştərilərə Maliyyə və Mühasibatlıq, Hüquq, Vergi Konsultasiyası, Kadr Kargüzarlığı və İnsan Resurslarının İdarəedilməsi sahələrində təklif etdiyi kompleks həllər sayəsində öz əvəzolunmaz yerini tutmağa nail olmuşdur.