Sahibkarlar arasında masaüstü tennis çempionatı!

Bu gün Marsol və Qolat şirkətlərinin təşkilatçılığı ilə Marsol partnyorları arasında üçüncü tennis turniri keçirildi. 30-dan çox sahibkarın iştirak etdiyi bu turnirdə partnyorlarımız asudə vaxtlarını idman fəaliyyəti ilə dəyərləndirməklə yanaşı, kofe və çay fasilələrində bir-birləri ilə həmsöhbət olub dostluq əlaqələrini daha da möhkəmləndirdilər.

Bütün rəqiblərinin öhdəsindən gələrək turnirin birinciliyini “Crea” şirkətinin rəhbəri Ahmet bəy əldə etdi. İkinci yerin sahibi “Baku İstanbul Liseyi”nin rəhbəri Xəyyam bəy, üçüncü yeri isə “Marryme” şirkətinin rəhbəri Pərviz bəy tutdu. Turnirin qalibləri kubok və sertifikatla mükafatlandırıldı.

Turnirdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Çempionatın promo tərəfdaşı: “Moon Group”

İştirak edən şirkətlər:

Ağsaray
Akbaba Group
All Plast
Arter
Azdizayn Group
Blum
BSC
Crea
Envix Print
Eurodoor
Hafele
Helind
İstanbul litseyi
İt Bridge
Kapital Bank
Kovrolin.az
Qanun Mühasibatlıq
Qmeter
Logix
Lucky Office Support
Maksorion
Marry Me
Məsləhətçi.az
Pak Xalça
ProConİzo
Pos.az
Red Academy
Rəmzioğlu Paxlava
Sabiroğlu
Sat Group
Tayqa Tech
Tekaz