Müsahibə №60 – Fidan Gümüş / Acıbadem Sağlamlıq Xidmətləri

Biznes müsahibələrimizdə bu dəfəki müsahibimiz, partnyorumuz “ Acıbadem Sağlamlıq Xidmətləri”nin satış müdürü oldu. Fidan xanım “Acıbadem”in uğurlu keçmişindən, Azərbaycandakı fəaliyyət və xidmətlərindən bəhs etdi. Müsahibədə “Acıbadem” sağlamlıq mərkəzinin eyni sahədə faliyyət göstərən klinikalara nəzərən üstün tərəflərindən, MARSOL şirkəti ilə əməkdaşlığı kimi maraqlı mövzulara toxunuldu.

Nəzərinizə çatdıraq ki, “Acıbadem” İstanbulda kiçik bir xəstəxana olaraq tibbi xidmətlər sahəsində fəaliyyətə başlamışdır. Bugün, “Acıbadem” özünün 22 xəstəxana, 18 ambulator klinika və dəstəkverici xidmət şirkətləri ilə qlobal səhiyyə liderləri arasında düzgün yer tutan bir brenddir.

This will close in 0 seconds